DÜNYA


Yaponiyada robot-bələdçi yaradılıb

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

Yaponiyanın “Hitachi” şirkətinin mühəndisləri “Emiew 3” robotunun yeni prototipini tərtib ediblər.

AZƏRTAC “vladtime.ru” saytına istinadən xəbər verir ki, robot xüsusi olaraq ənənəvi sorğu bürosunu əvəz etmək üçün yaradılıb.

Yenilik artıq Tokionun “Xaneda” hava limanında sınaqdan keçirilib. Bu seçim onunla izah olunur ki, həmin hava limanı əlavə məlumata ehtiyacı olan çoxlu sayda xarici turist qəbul edir. Sınaqlar göstərib ki, cihaz öz vəzifəsinin öhdəsindən uğurla gəlib.

Turistlər xidmətin keyfiyyətindən çox razı qalıblar. Məlumatlandırmanın etibarlılığını artırmaq üçün robotu geniş monitorla təchiz ediblər. Üstəlik, izahat zamanı hər şey bu monitorda nümayiş olunur.

“Emiew 3” robotunun hündürlüyü 0,9 metr, çəkisi isə 15 kiloqramdır. Robot ingilis, yapon və Çin dillərində danışır. Sınaqlar uğurla yekunlaşarsa, 2017-ci ilin yanvarından cihazın kütləvi istehsalına başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.