DÜNYA


Yaponiyada sərnişin təyyarəsi mühərrikdə yaranan nasazlığa görə aeroporta geri dönüb

Tokio, 8 iyun, AZƏRTAC 

Yaponiyanın Haneda aeroportundan havaya qalxan ABŞ-ın “Delta” şirkətinə məxsus təyyarə mühərriklərinin birində yaranan nasazlıqla əlaqədar geri dönüb. Bu barədə Yaponiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Göyərtəsində 310 sərnişin və 17 heyət üzvü olan 276 nömrəli reys Tokiodan Detroyt şəhərinə uçmalı idi, lakin Yaponiyanın şimalına çatan vaxt cihazlar mühərriklərdən birində problem olduğunu göstərib. Təyyarə geriyə, Narita aeroportuna dönüb. Təyyarədə olanlardan heç kim xəsarət almayıb.

Aeroportda baxış zamanı mühərrikin arxa hissəsində 1x5 santimetr ölçüdə yarıq aşkar edilib. Məlumatda təyyarə havaya qalxmamışdan əvvəl keçirilən texniki baxış zamanı həmin yarığın olmadığı qeyd edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.