DÜNYA


Yaponiyada sərnişinlərin qeydiyyatı sistemi sıradan çıxdığına görə 116 aviareys təxirə salınıb

A+ A

Tokio, 23 mart, AZƏRTAC

Yaponiyanın ən böyük yerli aviadaşıyıcılarından olan “All Nippon Airways” (ANA) şirkətinin sərnişinlərin qeydiyyatı sistemində yaranan nasazlıq səbəbindən 116 aviareys təxirə salınıb. On beş mindən çox sərnişin aeroportlarda qalıb.

Hazırda nasazlıq aradan qaldırılsa da sərnişinlər uzun növbələrə dayanaraq, qeydiyyatdan keçmək üçün gözləyirlər. Bunun nəticəsində bir çox reyslər böyük gecikmə ilə yola salınır.

Qeydiyyat sistemində nasazlıq yerli vaxtla saat 8:30 dəqiqədə baş verib. Bu, digər yerli xətlərə, o cümlədən “AirDo” loukosterinin işinə də mənfi təsir edib. Bundan əlavə, aviaşirkətin internet saytında nasazlıq baş verib, biletlərin bronlaşdırılması sistemi sıradan çıxıb. ANA-nın nümayəndələri baş vermiş narahatçılığa görə, sərnişinlərdən üzr istəyiblər. Hazırda hadisənin baş verməsi səbəbləri araşdırılır. Yayılan məlumata görə, nasazlıq beynəlxalq reyslərin işinə təsir etməyib.

NHK kanalının yaydığı məlumatda bildirilir ki, belə bir nasazlıq fevralın 24-də də qeydə alınıb, lakin həmin vaxt problem 30 dəqiqə ərzində aradan qaldırılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.