DÜNYA


Yaponiyada şiddətli istilər: 1000-dək insan xəstəxanaya yerləşdirilib

Bakı, 23 may, AZƏRTAC

Yaponiya ərazisinin böyük hissəsində hava şəraitinin həddən artıq isti keçməsi səbəbindən bir həftə ərzində təxminən minə yaxın insan xəstəxanalara yerləşdirilib. Onların əksəriyyəti yaşı 65-i keçən vətəndaşlardır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Yaponiya Yanğından Mühafizə İdarəsinin təcili tibbi yardım xidməti isti hava şəraiti nəticəsində zərər çəkənlərin çoxunun Tokio şəhəri, həmçinin Aiti, Osaka, Hyoqo, Saitama və Kanaqava prefekturalarının sakinləri olduğunu bildirir.

Yaponiyanın meteoroloji agentliyi ölkənin böyük hissəsində isti hava şəraitinin yaxın günlərdə də davam edəcəyini bildirib. Bununla əlaqədar insanlara kondisionerdən istifadə etmələri və uzun müddət açıq havada qalmamaları, həmçinin tez-tez su içmələri tövsiyə olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.