DÜNYA


Yaponiyada son həftə ərzində mindən çox insan günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib

Tokio, 6 iyun, AZƏRTAC 

Yaponiyada son həftə ərzində günvurma diaqnozu ilə 1086 nəfər xəstəxanalara yerləşdirilib. Bu, əvvəlki həftə ilə müqayisədə 1,5 dəfə çoxdur. Belə bir məlumatı ölkənin Yanğınsöndürmə Xidməti yayıb.

Yaponiyanın demək olar ki, bütün regionlarını əhatə edən 30 dərəcədən yuxarı istilər nəticəsində xəsarət alan 17 nəfərə uzunmüddətli müalicə təyin edilib.

Xəsarət alanların 50 faizdən çoxunun yaşı 65-dən yuxarı insanlar olduğu bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.