DÜNYA


Yaponiyada təlimlər zamanı tankın aşması nəticəsində bir nəfər həlak olub

Tokio, 22 iyun, AZƏRTAC

İyunun 21-də Yaponiyanın Hokkaydo adasında quru qoşunlarının təlimləri zamanı bədbəxt hadisə baş verib. Təlimlərdə iştirak edən bir tank aşıb və onun içərisindəki hərbi qulluqçu həlak olub. Bu barədə NHK telekanalı məlumat yayıb.

Telekanalın məlumatında qeyd edilir ki, tankın içərisində dörd hərbi qulluqçu olub. Hadisə zamanı onlardan biri tank ilə torpaq arasında qalıb. Həmin zabiti xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Tankdakı digər hərbi qulluqçular xəsarət almayıblar.

Hokkaydoda keçirilən təlimlərdə 20 tank iştirak edib. Hadisənin baş verməsinin səbəbləri araşdırılır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.