DÜNYA


Yaponiyada tufan nəticəsində 11 mindən çox ailə elektrik enerjisiz qalıb

Tokio, 5 avqust, AZƏRTAC 

“Noru” tufanı Yaponiyanın cənubundakı Kaqoşima prefekturasına çatıb. Tufanın törətdiyi güclü külək nəticəsində 11 min ailə elektrik enerjisiz qalıb. Bu barədə “Kyushu Electric Power Co.” şirkəti məlumat yayıb.

Prefekturaya daxil olan adalara çatan tufan özü ilə güclü külək və yağış gətirib. Sinoptiklərin bildirdiyinə görə, belə güclü yağışlar 50 ildə bir qeydə alınır. Bəzi yerlərdə küləyin sürəti saniyədə 30 metrə çatır. Tufan şimal-şərq istiqamtində zəif sürətlə hərəkət etdiyinə görə yağışlı hava eyni ərazidə adətən olduğundan uzun müddət davam edir.

Tufanın mərkəzində hava təzyiqinin 965 qektapikselə bərabər olduğu bildirilir. Küləyin sürəti mərkəzdə saniyədə 35 metrə, şiddətli əsdikdə isə 50 metrə çatır.

Avqustun 6-da tufanın Kyuşu adasına çatacağı gözlənilir. İstiqamətini dəyişməyəcəyi təqdirdə isə onun avqustun 7-də və ya 8-də Hönşü adasına və paytaxt Tokioya çatacağı bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.