DÜNYA
Yaponiyada üç mindən çox sakin təxliyə xəbərdarlığı alıb
Tokio, 3 iyul, AZƏRTAC
Yaponiyanın Niiqata prefekturasının Zyoetsu şəhərinin üç mindən çox sakini Kakizakiqava çayının daşmaq təhlükəsi ilə əlaqədar təxliyə xəbərdarlığı alıb. Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, güclü yağışlar nəticəsində yarana biləcək daşqın zonasına 3308 nəfərin yaşadığı 1159 ev düşə bilər. Həmin sakinlər təxliyə məntəqəsinə yerləşməlidirlər.
NHK telekanalının məlumatında isə, iyulun 4-də Niiqata prefekturasında leysan yağışlar yağacağı, yağıntının 100 millimetrdən 200 millimetrədək düşəcəyi bildirilir. Yapon meteoroloqlar vəziyyət ağırlaşanadək lazımi tədbirlərin görülməsini tövsiyə edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]