DÜNYA


Yaponiyada videomaqnitofonların istehsalı tam dayandırılacaq

A+ A

Bakı, 24 iyul, AZƏRTAC 

İnsanların əksər hissəsi “VHS” kasetlər dövrünün 2000-ci illərin əvvəllərində sona çatdığına əmin olsa da, bu belə deyil. Dünyada hələ də videomaqnitofonlardan müxtəlif lent yazılarına baxmaq üçün istifadə edən kifayət qədər insan qalıb.

Lakin ötən illər ərzində bu qurğulara tələbatın kəskin azalması faktını inkar etmək olmaz. Bu səbəbdən klassik videomaqnitofonların istehsalı ilə məşğul olan sonuncu Yaponiya istehsalçısı – “Funai Electric” şirkəti istehsalın dayandırılacağını bəyan edib.

AZƏRTAC “ictnews” saytına istinadla xəbər verir ki, şirkət nümayəndələrinin sözlərinə görə, ötən il dünyada təxminən 750 min videomaqnitofon satılmışdısa, hazırda bu rəqəm kəskin azalıb.

Bundan başqa, belə qurğuların istehsalı üçün lazım olan komplekt hissələrinin tədarükündə problemlər müşahidə olunur. Bütün bunlar “Funai Electric” rəhbərliyini istehsalı dayandırmaqla bağlı qərar qəbul etməyə sövq edib.

Məlumata görə, “Funai Electric” şirkəti sonuncu videomaqnitofonu iyulun sonunda istehsal ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.