DÜNYA


Yaponiyada yakuzaların sayı ilk dəfə 20 mindən aşağı düşüb

Tokio, 19 mart, AZƏRTAC

Yaponiyada cinayətkar qrupların daimi üzvlərinin sayı 2016-cı ildə əvvəlki illə müqayisədə 10 faiz azalıb və 18,1 min nəfər təşkil edib. Jıjı Press agentliyi Milli Polis İdarəsinə istinadla bu barədə məlumat yayıb. Həmin rəqəm bu statistikanın aparılmasına başladığı 1958-ci ildən bəri ilk dəfə 20 mindən aşağı düşüb.

Yakuza qruplarına namizədlər də daxil olmaqla üzvlərin ümumi sayı 17 faiz azalaraq 39100-ə bərabər olub ki, bu rəqəm də ilk dəfə olaraq 40 min həddinə çatmayıb. Ümumi say 1963-cü ildəki ən yüksək həddən (180 min) mütəmadi olaraq azalıb.

Qruplar arasında Yamaquçi-quminin üzvlərinin də sayı 18 faiz azalaraq, 11 min 800-ə bərabər olub. Həmin qrupda daimi üzvlərin sayı 5200 nəfər təşkil edib. Bu qrupdan ayrılaraq formalaşan Kobe Yamaquçi-qumi qrupu da 10 faiz azalıb və onun 5500 ümumi, 2600 isə daimi üzvü olub.

2007-ci ildə Yaponiya hökuməti sahibkarlar üçün antisosial qüvvələrlə əlaqələri kəsmək prinsiplərini təqdim edib. 2011-ci ildə isə bütün ölkədə cinayətkar qruplara və onların üzvlərinə maliyyə güzəştlərinin tətbiqi qadağan edilib.

Toplanmış məlumatları təhlil edən Polis İdarəsi belə bir nəticəyə gəlib ki, həmin qruplar özlərini həyatda saxlamaq üçün ənənəvi qaydada stimul yaradan əmtəələrin ticarətinə qayıdaraq yuxarılarla hesablaşmağa çalışırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.