DÜNYA


Yaponiyada yay daşqınları fermer təsərrüfatlarına 180 milyon dollar zərər vurub

Tokio, 8 avqust, AZƏRTAC 

Yaponiya hökuməti Kyuşu adasının şimalında və digər rayonlarda iyun və iyul aylarında baş vermiş yay daşqınlarını ciddi təbii fəlakət kimi xarakterizə edib.

NHK telekanalının yaydığı məlumata görə, bu cür qiymətləndirmə mərkəzi hökumətə bərpa işləri üçün yerli bələdiyyələrə böyük miqdarda subsidiyalar ayırmaq imkanı yaradır.

İyunun 7-dən iyulun 27-dək leysan yağışları nəticəsində zərər çəkən fermer və digər kənd təsərrüfatı obyektləri subsidiyalar almaq hüququna malikdirlər.

Həmin dövrdə bütün Yaponiya üzrə fermer təsərrüfatlarına dəyən ümumi ziyanın təqribən 180 milyon dollara bərabər olduğu bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.