DÜNYA


Yaponiyada yüngül motorlu təyyarə qəzaya uğrayıb

Tokio, 3 iyun, AZƏRTAC 

Yaponiyanın Toyama prefekturasında “Cessna 172 Р” turbovintli yüngül motorlu təyyarə qəzaya uğrayıb. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Polisin məlumatında bildirilir ki, qəza Tateyma dağında baş verib. Toyama aeroportundan səmaya qalxan təyyarə bir saat sonra Matsumoto aeroportunda yerə enməli idi. Onun göyərtəsində 4 nəfər olub. Təyyarədəkilərdən biri polisə zəng edərək bildirib ki, sərnişinlərin hamısı ciddi xəsarət alıb. Onlardan ikisi huşsuz vəziyyətdədir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.