DÜNYA


Yaponiyadakı Əlillər evində 19 nəfəri qətlə yetirən cani polisə təslim olub

A+ A

Tokio, 26 iyul, AZƏRTAC

Yaponiyanın Kanaqava prefekturasındakı Əlillər evində 19 nəfəri öldürən, 26 nəfəri isə yaralayan cani polisə təslim olub. Kyodo agentliyinin məlumatına əsasən, o, əvvəllər bir neçə il həmin Əlillər evində çalışıb.

Cinayət hadisəsi “Saqamihara” dəmir yolu stansiyasının iki kilometrliyində yerləşən Əlillər evində yerli vaxtla gecə saat 2:30-da baş verib. Silahlı şəxs “Tsukuidəki liliya bağı” adlı müəssisəyə daxil olaraq buradakı xəstələrə hücum edib.

Hadisə nəticəsində 19 nəfər həlak olub, 26 nəfər isə yaralanıb. Tibb işçilərinin bildirdiyinə görə, onlardan 20-nin vəziyyəti ağırdır.

Hadisədən yarım saat sonra cinayətkar özü polisə gələrək təslim olub.

Faciənin baş verdiyi Əlillər evi 160 nəfər xəstə üçün nəzərdə tutulub. Hücum zamanı burada 19 yaşından 75 yaşınadək 149 xəstə olub.

26 yaşlı cinayətkar yaponun yanında içərisində bıçaqlar olan çanta aşkar edilib. Həmin bıçaqların üzərində qan ləkələri olub. Kyodo agentliyinin məlumatına görə, Satoşi Uematsu 2012-ci ilin fevralından həmin müəssisədə çalışıb. Cari ilin fevralında şəxsi ərizəsi ilə işdən azad olunan bu şəxs son aylar heç yerdə işləməyib.

Hazırda polis hadisənin səbəblərini araşdırır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.