DÜNYA
Yaponiyalı memarlardan ev probleminin həlli yolları
Bakı, 14 iyul, AZƏRTAC
Müasir dünyamızda mənzil məsələsi aktual problemlərdən biridir. Hər bir insan kiçik də olsa, şəxsi mənzilinə sahib olmaq istəyir.
AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, Yaponiyada bu problem də artıq öz həllini tapıb. “Mizuishi Architects Atelier” memarlıq studiyasının mütəxəssisləri ilk baxışdan nəzərə çarpmayan ensiz bir evin layihəsini təqdim ediblər. Evin daxili dizaynı isə ən təcrübəli memarları belə, təəccübləndirə bilər.
Sahəsi 52,4 kvadratmetr təşkil edən ev 2 mərtəbəlidir. Kənardan ensiz görünsə də, əslində dizaynerlərin səyləri nəticəsində içərisi xeyli geniş görsənir.
Evin planı da bir qədər qeyri-adidir. Belə ki, yataq və vanna otağı 1-ci mərtəbədə, mətbəx və qonaq otağı isə 2-ci mərtəbədə yerləşir.
Bundan əlavə, onun damında ailə üçün oyun otağı da var ki, ora pilləkənlə çıxmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]