REGİONLAR


Yaponiyalı musiqiçi: Belə festivallar ölkələr arasında dostluq əlaqələrini daha da möhkəmləndirir VİDEO

Şəki, 28 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Mən artıq dördüncü dəfədir ki, Azərbaycandayam. Şəkidə keçirilən bu gözəl musiqi festivalında ötən il də iştirak etmişəm. Belə festivallar ölkələr arasında dostluq əlaqələrini daha möhkəmləndirir. Festivala yenidən dəvət aldığıma, burada yapon musiqisini təmsil etdiyimə görə sevinc hissi keçirirəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Yaponiyanın “Va-Liqa” musiqi qrupunun prodüseri Takaku Terutoşi deyib.

Şəkinin öz doğma ölkəsinə, doğulduğu diyara çox bənzədiyini vurğulayan yaponiyalı musiqiçi bu gözəl şəhərə yenidən gəlmək arzusunda olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.