REGİONLAR
Yaponiyalı musiqiçi: Ölkələrimiz arasında dostluq əlaqələrinin daha da dərinləşməsinə öz töhfəmizi vermək istərdik VİDEO
Şəki, 29 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə keçirilən “İpək yolu” festivalına ilk dəfədir qatılırıq. Bugünkü konsertdə Yaponiyanın vadaiko, şinobue və şamisen kimi ənənəvi musiqi alətlərində ifalar təqdim etdik. Eyni zamanda, konsertdə Yaponiyanın ənənəvi minyo musiqisi də səsləndi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının iştirakçısı, Yaponiyanın “Va-Liqa” ansamblının prodüseri Takaku Terutaşi deyib.
“Biz çox şadıq ki, “İpək yolu” festivalında Yaponiyanı təmsil edirik. İstərdik ki, bu konsert vasitəsilə iki ölkə arasında dostluq əlaqələrinin daha da dərinləşməsinə öz töhfəmizi verək”, - deyə Takaku Terutaşi qeyd edib.
Şəkinin çox gözəl təbiətə malik olduğunu vurğulayan ansamblın prodüseri şəhərin gözəlliyinin onları valeh etdiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycana səfərləri çərçivəsində İsmayıllıda və Bakı şəhərində də konsertlərlə çıxış edəcəklər.