İQTİSADİYYAT


Yaponiyalı mütəxəssis Azərbaycanın iş adamları üçün seminar keçirib

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

“Sakura” Azərbaycan-Yaponiya İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə Yaponiyanın tanınmış memarı Yoşinori Morivaki Azərbaycanın iş adamları üçün seminar keçirib.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, seminarın məqsədi tikintidə zəlzələdən müdafiə və zəlzələyə davamlılıq sahəsində Yaponiya texnologiyasının tətbiqi və inkişafı istiqamətlərində iş adamlarını ətraflı məlumatlandırmaq və gələcəkdə tikinti üzrə iki ölkənin iş adamları arasında qarşılıqlı biznes əlaqələrini genişləndirmək, tərəfdaşlar, investorlar tapmaq olub.

İştirakçılar tədbirin diskussiya şəraitində yüksək səviyyədə keçməsinə görə təşkilatçılara və yaponiyalı mütəxəssisə təşəkkürlərini bildirib, seminarın davamlı olmasını arzulayıblar.

Yaponiyalı qonaq səfər çərçivəsində “Sakura” Azərbaycan-Yaponiya İctimai Birliyinin dəvəti ilə Neftçala Sənaye Məhəlləsində olub. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə söhbət zamanı qonaq buranın perspektivdə yapon iş adamları üçün strateji region olacağını vurğulayıb.

“Sakura” Azərbaycan-Yaponiya İctimai Birliyinin sədri Təranə Hüseynova yapon iş adamlarının Azərbaycanın regionlarına cəlb edilməsinin qarşılıqlı biznes qurmaq imkanlarının genişləndirilməsinə, müasir yapon texnologiyalarından istifadə mexanizminin regionlarda kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluğunun artırılmasına, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına zəmin yaradacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.