CƏMİYYƏT


Yaponiyalı professor BDU-da

A+ A

Bakı, 14 iyul, AZƏRTAC 

Yaponiyanın Hokkaido Universitetinin tətbiqi fizika departamentinin professoru Oliver B.Wright Bakı Dövlət Universitetinin (BDU) nanoaraşdırmalar laboratoriyasında olub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, qonaq “Akustik metamateriallar, plazmonik kristallar, nanostrukturlarda Ghz vibrasiyalar” mövzusunda məruzə ilə çıxış edib, sualları cavablandırıb.

Eyni zamanda, nanoaraşdırmalar laboratoriyasında aparılan elmi-tədqiqat işləri barədə də qonağa ətraflı məlumat verilib.

Sonra universitetin fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov və professor Oliver B. Wright əməkdaşlıq məsələlərini, magistr və doktorant hazırlığı üçün mümkün imkanları müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.