DÜNYA


Yaponiyanın BMT-dəki nümayəndəsi Şimali Koreya məsələsində vahid mövqe nümayiş etdirməyə çağırıb

Tokio, 16 may, AZƏRTAC 

Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Koro Bessyo Təhlükəsizlik Şurasının üzvlərini Şimali Koreyaya təzyiqi gücləndirmək üçün birləşməyə çağırıb.

Yapon diplomat deyib ki, Təhlükəsizlik Şurasının mətbuat üçün mayın 15-də yayımlanan bəyanatı onun üzvlərinin Şimali Koreya tərəfindən bu yaxınlarda ballistik raket buraxılışının Şuranın qətnamələrinin pozulması və yolverilməz olması barədə mövqeyini təsdiq edir.

K.Bessyo deyib ki, Təhlükəsizlik Şurasının üzvləri Şimali Koreyaya təzyiq məsələsində müxtəlif rəylərə malik olsalar da, qərarın qəbulu zamanı həmrəylik nümayiş etdirməyə çalışmalıdırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.