DÜNYA


Yaponiyanın Baş naziri Komey Partiyasının sədrini hökumətdə gözlənilən dəyişikliklər barədə məlumatlandırıb

Tokio, 22 iyul, AZƏRTAC 

Yaponiyanın Baş naziri Şinzo Abe koalisiya tərəfdaşı olan Komey Partiyasının sədrini Nazirlər Kabinetinin tərkibində avqustun 3-ə gözlənilən dəyişikliklər barədə məlumatlandırıb.

Ş.Abe Komey Partiyasının sədri Natsuo Yamaquçi ilə iyulun 21-də Baş nazirin iqamətgahında görüşüb.

Ş.Abe bəyan edib ki, o, avqustun əvvəllərində kabinetin tərkibində dəyişikliklər etməyi planlaşdırır. Baş nazir bildirib ki, Komey Partiyasından nazir vəzifəsinə təyinatlarla əlaqədar o, partiyanın rəhbərliyi ilə razılaşmalar aparmaq niyyətindədir. N.Yamaquçi məsələnin partiyada araşdıralacağını deyib.

Nazirlər Kabinetinin tərkibində dəyişikliklər planı KİV-lər tərəfindən aparılan rəy sorğuları zamanı Ş.Abe kabinetinin reytinqinin aşağı düşməsi məlum olduqdan sonra meydana gəlib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.