DÜNYA


Yaponiyanın Baş naziri Kubadan qayıdarkən texniki nasazlığa görə təyyarəsini dəyişməli olub

A+ A

Tokio, 24 sentyabr, AZƏRTAC

Yaponiyanın Baş naziri Şinzo Abe Havanadan Tokioya qayıdarkən texniki nasazlığa görə təyyarəsini dəyişməli olub. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, nasazlıq San-Fransiskoda, yapon hökuməti başçısının təyyarəsi yanacaq götürmək üçün enərkən aşkar edilib. Təyyarədə məhz hansı nasazlığın aşkar olunması barədə məlumat verilmir.

Baş nazir və onu müşayiət edən bütün heyət xarici səfərlər zamanı həmişə hökumət başçısının təyyarəsi ilə birlikdə hərəkət edən ehtiyat təyyarəyə keçməli olub.

Xatırladaq ki, Ş.Abe sentyabrın 18-dən BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkda idi. Bundan sonra o, Kubaya ilk dəfə rəsmi səfər edərək bu ölkənin vəzifəli şəxsləri ilə görüşmüşdü.

Baş nazirin ehtiyat təyyarəsi artıq Tokioya çatıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.