DÜNYA


Yaponiyanın Baş naziri xarici işlər naziri ilə hökumətin idarə edilməsi məsələlərini nəzərdən keçirib

Tokio, 21 iyul, AZƏRTAC 

İyulun 21-də Yaponiyanın Baş naziri Şinzo Abe xarici işlər naziri Fumio Kişida ilə görüşərək hökumətin idarə edilməsi ilə bağlı gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.

Bu barədə NHK telekanalının yaydığı məlumatda bildirilir ki, Ş.Abe avqustun 3-də hökumətdə və hakim partiyada aparılması gözlənilən dəyişikliklərlə əlaqədar planında son düzəlişlərini edir. Hakim Liberal Demokratik Partiyada (LDP) rəhbər vəzifədə olanların müddəti də sentyabrda başa çatır.

Görüşün Ş.Abe hökumətinin reytinqinin aşağı düşməsi fonunda keçirildiyi qeyd edilir. Bununla yanaşı, LDP cari ayın əvvəlində Tokio assambleyasına keçirilən seçkilərdə də ağır məğlubiyyətə uğrayıb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.