DÜNYA
Yaponiyanın Baş naziri zəlzələlərin baş vardiyi Naqano prefekturasına səfər edib
Tokio, 26 noyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe noyabrın 22-də 6,8 bal gücündə iki zəlzələnin baş veridiyi Naqano prefekturasına səfər edib.
Ş.Abe zəlzələnin episentrinə ən yaxın olan Hakubo kəndinə gedərək burada sakinlərlə görüşüb. Dağıntılar nəticəsində kənddə 50-yə yaxın ev dağılıb və zərərçəkənlərin yarıdan çoxu məhz bu yaşayış məntəqəsindəndir.
Baş nazir juranilstlərə bildirib ki, sakinlərin yerləşdirilməsi üçün müvəqqəti olaraq mehmanxanalardan və digər yaşayış yerlərindən istifadə olunacaq. Hökumət buna hər cür yardım göstərməyə hazırdır. Həmçinin evlərin bərpası üçün də yardım göstəriləcək.
Ş.Abe vurğulayıb ki, hökumət həmin rayonda evlərin bərpası və turizmin inkişafı üçün böyük məbləğdə yardım ayrılmasını planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]