DÜNYA
Yaponiyanın İmperator cütlüyü Sinqapur Prezidenti və onun xanımı ilə görüşüb
Tokio, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Tokiodakı İmperator sarayında Yaponiyanın İmperator cütlüyü Sinqapur Prezidenti Toni Tana və onun xanımını qəbul ediblər.
Sinqapur Prezidenti noyabrın 29-da Yaponiyaya beşgünlük rəsmi səfərə gəlib. Cari ildə Yaponiya ilə Sinqapur arasında diplomatik münasibətlərin qurulmasının 50 ili tamam olur.
Rəsmi qarşılanma mərasimi İmperator sarayının qarşısında keçirilib. Mərasimdə yapon məktəblilər və Sinqapur səfirliyi əməkdaşlarının ailə üzvləri daxil olmaqla 130 nəfər iştirak edib.
Prezident Toni Tananı Yaponiyada salamlamaqdan məmnunluğunu ifadə edən İmperator Akihito ikitərəfli əlaqələrin genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Toni Tana öz növbəsində deyib ki, iki ölkə arasında turistlərin və iş adamlarının qarşılıqlı səfərlərinin artması onu çox sevindirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio