DÜNYA


Yaponiyanın “İspace” və “JAXA” şirkətləri Ayda qazıntılar aparacaqlar

Tokio, 16 dekabr, AZƏRTAC

Yaponiyanın özəl “İspace” şirkəti Aerokosmik Məkanın Mənimsənilməsi (JAXA) şirkəti ilə birlikdə Ayda qazıntılar aparacaqlar.

Tokioda yerləşən “İspace” şirkəti ilə JAXA arasında bu məqsədlə dekabrın 16-da memorandum imzalanıb.

Şirkətlər tərəfindən yayılan məlumatda qeyd edilir ki, layihənin məqsədi Ayın səthində hansı təbii ehtiyatların yerləşdiyini müəyyən etmək və onların Yerə daşınması yollarını araşdırmaqdır. Bu, kosmosdakı təbii ehtiyatların mənimsənilməsi üçün Yaponiyada tətbiq olunacaq ilk konkret proqramdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.