REGİONLAR


Yaponiyanın İto şəhərindən gələn qonaqlar İsmayıllıdan xoş təəssüratlarla ayrılıblar

A+ A

İsmayıllı, 24 avqust, AZƏRTAC 

İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri arasında imzalanan “Dostluq mübadiləsi haqqında saziş” çərçivəsində “İto beynəlxalq qonaqlama təşkilatı”nın üzvü – qrup rəhbəri Konişi Tsuneo və yaponiyalı şagirdlər Kaneko Reon, Sekikava Kiyotatsu avqustun 12-dən 24-dək İsmayıllıda səfərdə olublar.

AZƏRTAC xəbər verir ki, Yaponiyadan gələn nümayəndə heyəti səfər proqramına uyğun olaraq İsmayıllı şəhəri, Lahıc, Basqal qəsəbələri, İvanovka kəndi ilə tanış olub, bir neçə ailəyə qonaq gediblər. Onlar görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Ailələrdə qonaq olan İto şəhərinin nümayəndələri milli mətbəximiz, adət-ənənələrimizlə yaxından maraqlanıblar.

Səfər çərçivəsində qonaqlar Bakı şəhərində, Qəbələ, Şəki və Qax rayonlarında da olublar.

Yolasalma mərasimində qrup rəhbəri Konişi Tsuneo qonaqpərvərliyə görə İsmayıllı Rayon İcra Hakimiyyətinə, 2 saylı tam orta məktəbin rəhbərliyinə və bütün ismayıllılılara minnətdarlığını bildirib. O, İsmayıllıdan xoş təəssüratlarla ayrıldıqlarını vurğulayıb.

Qonaqları rayon icra hakimiyyətinin müavini Sevil Əhmədova, 2 saylı tam orta məktəbin şagird və müəllim kollektivi, İsmayıllıdan Yaponiyaya gedən və yapon dilini öyrənən şagirdlər yola salıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.