DÜNYA


Yaponiyanın “İzuma” esminesi Sinqapur sahillərinə yan alıb

Tokio, 14 may, AZƏRTAC 

Yaponiya dəniz özünümüdafiə qüvvələrinə məxsus “İzumo” esminesi Sinqapur limanında media nümayəndələrinə təqdim edilib. Bu, esminesin əcnəbi limanına ilk gəlişidir.

“İzumo” Sinqapur sahillərinə bu ayın əvvəllərində Koreya yarımadasında müşahidə olunan gərginliyə cavab olaraq, Yaponiya sahillərinə yaxınlaşan ABŞ dəniz qüvvələrinin gəmilərini müşahidə etdikdən sonra yan alıb.

Yaponiya esminesi Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası üzvlərinə məxsus gəmilərin iştirakı ilə keçiriləcək çoxtərəfli təlimlərdə iştirak edəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.