İQTİSADİYYAT


Yaponiyanın “JGC” şirkəti Heydər Əliyev adına neft emalı zavodu ilə əməkdaşlıqda maraqlıdır

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Yaponiyanın “JGC” şirkəti SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu (NEZ) ilə əməkdaşlıqda maraqlıdır.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev adına neft emalı zavodunda Yaponiyanın “JGC” şirkətinin satış üzrə meneceri Taişi Yoşida ilə görüşdə zavodun direktoru Elman İsmayılov yaponiyalı qonağa müəssisənin tarixi, hazırda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi, burada mövcud olan, eləcə də yaxın gələcəkdə inşa ediləcək texnoloji qurğular barədə məlumat verib.

JGC şirkətinin satış üzrə meneceri T.Yoşida dünyanın müxtəlif ölkələrində, xüsusilə Sinqapurdakı fəaliyyəti barədə danışıb. O, neft hasilatı və emalı ilə məşğul olan müəssisələrlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.