DÜNYA
Yaponiyanın Kuçinoerabu adasında vulkan püskürüb
Tokio, 29 may, AZƏRTAC
Mayın 29-da Yaponiyanın cənub-qərbində, Kaqoşima prefekturasında yerləşən Kuçinoerabu adasında vulkan püskürüb. Piroklastik vulkan süxurları sahilədək gəlib çatıb.
Yaponiya Meteorologiya Xidmətinin yaydığı məlumata görə, adanın mərkəzində yerləşən Şindake dağında vulkan püskürməsi yerli vaxtla saat 10 radələrində baş verib. Təhlükə səviyyəsinin ən yüksək həddə - 5-ə çatdığını bildirilib.
Yerli hakimiyyət orqanları bütün əhalinin təxliyə olunması və adanı tərk etməsi barədə göstəriş verib.
Kuçinoerabu adası Kaqoşima şəhərindən 130 kilometr cənub-qərbdə yerləşir və burada təxminən 110 nəfər yaşayır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]