DÜNYA


Yaponiyanın Kumamoto prefekturasında 4,3 bal gücündə növbəti zəlzələ baş verib

A+ A

Tokio, 19 avqust, AZƏRTAC

Yaponiyanın Kyuşu adasında yerləşən və aprel ayında güclü zəlzələlərin baş verdiyi Kumamoto prefekturasında yenidən qüvvətli yeraltı təkan qeydə alınıb.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, avqustun 19-da burada 4,3 bal gücündə növbəti zəlzələ olub. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Yeraltı təkanların episentri dörd ay əvvəl olduğu kimi, Kumamoto prefekturasında olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Yaponların 7 ballıq cədvəlinə əsasən, budəfəki zəlzələnin dağıdıcı gücü 4 bala çatıb, qonşu Oti prefekturasında isə 3 bal gücündə hiss olunub.

Xəbər verdiyimiz kimi, aprelin 14-də Kumamoto və Oti prefekturalarında 6,5 bal gücündə zəlzələ baş vermişdi. Bundan iki gün sonra baş verən 7,3 bal gücündə daha qüvvətli zəlzələ bu prefekturalara ciddi ziyan vurmuşdu. Daha çox zərər çəkən Masiki şəhərində 4,7 min ev dağılaraq yararsız vəziyyət düşmüşdü.

Həmin vaxtdan ərazidə müxtəlif güclü yeraltı təkanlar davam edir. Hələ də minlərlə sakin müvəqqəti sığınacaqlarda yaşamaqdadır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.