DÜNYA


Yaponiyanın Kyuşu adasına daşqınlar nəticəsində  bir milyard dollardan çox ziyan dəyib

Tokio, 25 iyul, AZƏRTAC

Leysan yağışlarının əmələ gətirdiyi daşqınlar nəticəsində Yaponiyanın Kyuşu adasına bir milyard dollardan çox ziyan dəyib. Yerli hakimiyyət orqanlarının dərc etdiyi məlumatda həmin məbləğin artacağı bildirilir.

Kyodo agentliyinin bu barədə yaydığı məlumatda qeyd edilir ki, əsasən Fukuoka və Oiçi prefekturalarına dəyən zərərin ümumi məbləği milli valyuta ilə 119,7 milyard yen təşkil edir.

Xəbər verdiyimiz kimi, adaya yağan leysan yağışları nəticəsində baş verən daşqınlar 35 nəfərin ölümünə, 10 nəfərin isə itkin düşməsinə səbəb olub.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.