DÜNYA
Yaponiyanın Kyuşu adasında 5,2 bal gücündə zəlzələ olub
Tokio, 11 iyul, AZƏRTAC
İyulun 11-də Yaponiyanın Kyuşu adasındakı Kaqoşima prefekturasında 5,2 bal gücündə zəlzələ baş verib. Bu barədə NHK telekanalının yaydığı məlumatda bildirilir ki, zəlzələnin episentri Kaqoşima körfəzində, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar dörd qonşu prefekturada da hiss olunub. Ərazidə yerləşən “Senday” atom elektrik stansiyasının operatoru “Kyushu Electric Power Co.” şirkəti stansiyanın fəaliyyətində heç bir problemin qeydə alınmadığını bildirib.
Zəlzələ nəticəsində sunami təhlükəsi elan olunmayıb. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]