DÜNYA


Yaponiyanın Kyuşu adasındakı Aso dağında partlayışlı püskürmə baş verib

A+ A

Tokio, 8 oktyabr, AZƏRTAC.

Yaponiya Meteorologiya Agentliyinin verdiyi məlumata görə, oktyabrın 8-də səhər Kyuşu adasında yerləşən Aso dağında vulkanik püskürmə qeydə alınıb. Partlayış xarakterli bu püskürmə son 36 ildə ilk dəfə baş verib.

Agentlik təhlükə səviyyəsini beş ballı cədvəl üzrə ikinci səviyyədən üçüncüyə qaldırıb. Yerli əhaliyə vulkanın kraterindən iki kilometr radiusda düşə biləcək daşlardan qorunmaqla bağlı müraciət göndərilib.

Meteoroloqların rəyinə görə, püskürmə daşları bir kilometrdən çox məsafəyə ata bilər. Püskürmə nəticəsində vulkanik tüstünün 11 min metrdən yuxarı qalxdığı bildirilir. Bununla yanaşı, vulkanik külün kraterin şimal-şərqindəki geniş əraziləri əhatə edəcəyi gözlənilir.

Yerli polisin məlumatına əsasən, püskürmə nəticəsində zərərçəkənlər barədə məlumat daxil olmayıb.

“Kyushu Electric Power Co.” şirkətinin məlumatında isə püskürmə nəticəsində 1600-dən çox evin 20 dəqiqə müddətində elektrik enerjisiz qaldığı bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.