DÜNYA


Yaponiyanın “Nippon Paper Industries” şirkəti yeni materialın istehsalına başlayacaq

A+ A

Tokio, 20 avqust, AZƏRTAC

Yaponiyanın kağız istehsalı sahəsində aparıcı “Nippon Paper Industries” şirkəti avtomobil sahəsindən tutmuş kosmetik məhsulların istehsalınadək istifadəsi nəzərdə tutulan yeni nəsil materialın istehsalına başlamağı planlaşdırır. Yeni material “sellüloz nanolif” adlanır.

Oduncaq lifinin, düyü samanının və digər bitkilərin toxumalarının transformasiyasından xüsusi texnologiya vasitəsilə alınan yeni material möhkəmliyi, yüngüllüyü və incəliyi ilə seçilir. Bir sellüloz nanolifin qalınlığı insan tükünün beş mində birindən, on mində birinədək aralığındadır.

“Nippon Paper Industries” şirkəti Yaponiyanın qərbində yerləşən yeni zavodun inşası üçün 1 milyard 100 milyon yen (təxminən 11 milyon dollar) investisiya ayırdığını və onun cari ilin sentyabrında fəaliyyətə başlayacağını bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.