DÜNYA


Yaponiyanın Şimane prefekturasında 20 minə yaxın sakin təxliyə xəbərdarlığı alıb

Tokio, 5 iyul, AZƏRTAC 

Yaponiyanın qərb sahillərində yerləşən Şimane prefekturasının 19 min 700 sakini təcili təxliyə barədə xəbərdarlıq alıb. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Bu ərəfədə Yaponiya Milli Meteorologiya Agentliyi həmin rayonda leysan yağışlar səbəbindən baş verə biləcək torpaq sürüşmələrinə görə “xüsusi həyəcan” rejimi tətbiq edib. Yerli polis Şimane çayında bir nəfərin cəsədini aşkarlayıb. Onun daşqın nəticəsində çayda boğulduğu güman olunur. Meteoroloqlar bildiriblər ki, təhlükə həddi indiyə qədərki bütün səviyyələri keçib.

Əhaliyə yerli hakimiyyət orqanlarının təxliyə barədə göstərişlərinə əməl etmək, yaşadıqları binaların ikinci mərtəbəsinə qalxmaq tövsiyə olunub.

Fövqəladə vəziyyət Şimane prefekturasının bir neçə rayonunda elan edilib. “Nanmadol” tufanı nəticəsində atmosfer təzyiqinin ikiqat artması prefekturanın rayonlarına son gündə 350 millimetr yağıntı düşməsinə səbəb olub ki, bu da aylıq normadan çoxdur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.