DÜNYA


Yaponiyanın bir neçə abidəsi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib

Tokio, 10 iyul, AZƏRTAC 

İyulun 9-da UNESCO-nun müvafiq komitəsi Yaponiyanın bir neçə tarixi abidəsini Dünya İrsi Siyahısına daxil etmək barədə qərar qəbul edib.

Müqəddəs Okinoşima adası və Yaponiyanın qərbində yerləşən Fukuoka prefekturasının Munataka regionunun bu ada ilə əlaqədar 7 obyekti Dünya İrsi Siyahısına daxil edilmək üçün seçilib.

IV-IX əsrlərdə Yaponiyadan Şərqi Asiyanın digər regionlarına yola düşən səyyahlar Okinoşima adasında yerləşən bu obyektlərdə dini ayinləri icra edirdilər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.