DÜNYA


Yaponiyanın ilk F-35 hərbi təyyarəsi  jurnalistlərə təqdim olunub

Tokio, 5 iyun, AZƏRTAC 

Yaponiyanın ilk F-35 hərbi təyyarəsi “Mitsubishi Heavy Industries” şirkətinin Ayçi prefekturasındakı zavodunda jurnalistlərə təqdim olunub. Kyodo agentliyinin yaydığı məlumatda bildirilir ki, cari ildə sınaqlardan sonra iki belə təyyarə ölkənin hərbi-hava qüvvələrinə veriləcək.

F-35 hərbi təyyarəsi “Lockheed Martin” şirkəti tərəfindən ABŞ və onun NATO-dakı tərəfdaşları üçün hazırlanıb. Çoxməqsədli taktiki-döyüş təyyarəsi onu radarlarda görünməz edən “stels” texnologiyası ilə düzəldilib. ABŞ-ın hərbi-hava, hərbi-dəniz qüvvələri və dəniz piyadaları korpusu yaxın bir neçə ildə müxtəlif modifikasiyalı 3 minə yaxın belə qırıcı almağı planlaşdırır.

İlk F-35 təyyarələrinin Hönşyu adasının şimalındakı Misava bazasında yerləşdirilməsi gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.