MƏDƏNİYYƏT


Yaponiyanın məşhur “Va-Liqa” musiqi qrupu Bakıda konsert verəcək

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 29-da Xətai rayonundakı Heydər Əliyev Parkının ərazisində yerləşən “Yapon bağı”nda Yaponiyanın “Va-Liqa” musiqi qrupu möhtəşəm konsert proqramı ilə çıxış edəcək. Konsert Yaponiyanın Azərbaycandakı səfirliyi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, konsertdə ənənəvi Azərbaycan musiqisi ilə yapon musiqisinin sintez ifaları səslənməklə yanaşı, yapon döyüş sənəti olan “aikido” və “kendo”nun nümayişi də nəzərdə tutulur.

Qeyd edək ki, “Va-Liqa” Yaponiyanın ənənəvi incəsənəti ilə məşğul olan prodüser Takaku Terutoşinin rəhbərliyi ilə çıxış edən incəsənət qrupudur. Azərbaycanda dördüncü dəfə qonaq olan qrup artıq 53 ölkədə konsert proqramları ilə çıxış edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.