DÜNYA


Yaponiyanın müdafiə naziri Kuril adalarına qoşun yerləşdirilməsinə etirazını bildirib

Tokio, 20 mart, AZƏRTAC

Yaponiyanın müdafiə naziri Tomomi İnada Rusiyanın cənubi Kuril adalarına hərbi diviziya və “yer-gəmi” tipli raketlərin yerləşdirilməsi barədə qərarına etirazını bildirib.

Kyodo agentliyinin yaydığı məlumata görə, Yaponiyanın müdafiə naziri bu bəyanatə Tokioda Rusiyanın müdafiə naziri Serqey Şoyqu ilə görüşü zamanı verib.

Rusiya 2016-cı ildə cənubi Kuril adalarına daxil olan İturup və Kunaşirdə “Bastion” və “Bal” raket komplekslərini yerləşdirib. 2015-ci ildə isə həmin ərazidə “Tor-M2U” raket kompleksləri hərbi növbəyə qoyulub. Hazırda Böyük Kuril adaları silsiləsində Sakit okean donanması üçün bazanın yaradılması imkanları araşdırılır.

Bundan əlavə, fevral ayında Rusiyanın müdafiə naziri bildirib ki, cari ildə Kurilin də müdafiəsini həyata keçirəcək dörd yeni diviziyanın yaradılması başa çatdırılacaq. Bu, rəsmi Tokio tərəfindən çox mənfi qarşılanıb. Yaponiya Rusiyaya etiraz edərək Kuril adalarında Rusiyanın hərbi iştirakının möhkəmləndirilməsinin Tokionun maraqlarına uyğun gəlmədiyini bildirib.

Rusiya tərəfi isə bəyan edib ki, Kuril adalarında qoşun və raketlərin yerləşdirilməsi onun suveren hüququdur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.