DÜNYA


Yaponiyanın müdafiə naziri: Şimali Koreyaya təzyiqin artırılması zəruridir

Tokio, 5 iyun, AZƏRTAC 

Yaponiyanın müdafiə naziri Tomomi İnada bildirib ki, o, nüvə və raket proqramlarını genişləndirən Şimali Koreyaya qarşı dialoq əvəzinə təzyiqi artırmağın vacibliyi barədə asiyalı həmkarları ilə razılığa gəlib.

Bu barədə nazir Sinqapurda keçirilən təhlükəsizliklə bağlı Beynəlxalq Şanqri-La Dialoqundan sonra jurnalistlərə verdiyi müsahibəsində bildirib.

İyunun 3-də T.İnada Cənubi Koreyanın və ABŞ-ın müdafiə nazirləri ilə üçtərəfli, dünən isə Yeni Zelandiya və Malayziyadan olan həmkarları ilə ikitərəfli müzakirələr aparıb.

Şimali Koreya tərəfdən təhdidlər mövzusuna toxunan nazir bildirib ki, o, regionda sülhün və sabitliyin təmin olunmasında Çinin fəal iştirakını arzulayır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.