DÜNYA


Yaponiyanın sənaye naziri “İkata” AES-in yenidən işə salınmasını yüksək qiymətləndirib

A+ A

Tokio, 13 avqust, AZƏRTAC

Kyodo agentliyinin verdiyi məlumata görə, “İkata” Atom Elektrik Stansiyasının (AES) operatoru olan “Shikoku Electric Power Co.” şirkəti avqustun 12-də AES-in üçüncü reaktorunu yenidən işə salıb. Mütəxəssislərin yaxın vaxtlarda onun gücünü artıracağı, sentyabrın əvvəllərində isə ümumi şəbəkəyə qoşacağı gözlənilir.

Yaponiyanın sənaye naziri Hiroşiqe Seko “İkata” AES-in reaktorunun yenidən işə salınmasını alqışladığını bildirib. Nazirin bu barədə yaydığı bəyanatda bildirilir ki, reaktor ictimaiyyət tərəfindən onun bərpası dəstəkləndikdən sonra yenidən işə salınıb.

Bu mühüm addımı yüksək qiymətləndirən nazir qeyd edib ki, reaktorun bərpası Yaponiyanın enerji balansına müsbət təsir göstərməklə yanaşı, elektrik enerjisinin fasiləsiz verilməsində də xüsusi əhəmiyyətə malikdir.

Nazir deyib ki, reaktorda istifadə olunan MOX yanacağı işlənmiş plutonium ilə uranın qarışığından ibarətdir. Bu, Yaponiya tərəfindən nüvə yanacağının təkrar emalı proqramının həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.