DÜNYA


Yaponiyanın şimalına güclü qar yağıb

Tokio, 14 yanvar, AZƏRTAC

Yanvarın 13-də Yaponiyanın şimal ərazilərinə güclü qar yağıb. Milli Meteorologiya Agentliyinin yaydığı məlumata görə, soyuq hava kütləsi Yapon dənizinin şimal sahillərinə güclü qar yağıntısı gətirib.

Aomori və Yamaqata prefekturalarının bəzi yerlərində qarın qalınlığı 2,5 metrə, Hokkaydo adasında isə 1,7 metrə çatıb.

Meteorologiya Agentliyi mümkün qar uçqunları barədə xəbərdarlıq yayaraq, avtomobil yollarında qəzalardan qorunmağı tövsiyə edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.