DÜNYA


Yaponiyanın vəliəhd-şahzadəsi özünü vəzifələrinin icrasına həsr etmək niyyətindədir

Tokio, 14 iyun, AZƏRTAC 

Yaponiya taxtının vəliəhd-şahzadəsi Naruhito bildirib ki, o, İmperator taxt-tacında atasını əvəz etdikdən sonra dövlətin simvolu olaraq özünü vəzifələrinin icrasına həsr etmək niyyətindədir.

Bu barədə şahzadə Naruhito iyunun 14-də Danimarkaya səfəri ərəfəsində təşkil olunan mətbuat konfransında danışıb. Danimarkada səfərdə olduğu müddətdə şahzadənin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 150-ci ildönümünə həsr olunan tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Vəliəhd-şahzadə özünün dövlətin simvolu kimi rolu barədə ötən həftə parlament tərəfindən İmperator Akihitoya taxtı təhvil verməyə icazə verən qanunun qəbulundan sonra ilk dəfə danışıb.

Şahzadə deyib ki, onun valideynləri hər zaman qarşılıqlı anlaşmaya və xoş məramın inkişafına çalışıblar və o da öz növbəsində ata-anasının istəyinə hörmətlə yanaşaraq bu işi davam etdirməyə çalışacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.