DÜNYA


Yaponiyanın xarici işlər naziri Çinə növbəti dəfə etiraz bildirib

A+ A

Tokio, 9 avqust, AZƏRTAC

Yaponiyanın xarici işlər naziri Fumio Kişida son günlər Çin gəmilərinin Şərqi Çin dənizində Yaponiyanın ərazi sularına daxil olması ilə bağlı etirazını bildirib.

Bununla əlaqədar avqustun 9-da F.Kişida Çinin Yaponiyadakı səfiri Çen Yunhuanı Xarici İşlər Nazirliyinə çağırıb.

Nazir bildirib ki, Yaponiya tərəfinin etirazlarına baxmayaraq, Senkaku adaları ətrafında vəziyyət gərgin olaraq qalır. F.Kişida vurğulayıb ki, Yaponiya Çinin regionda gərginliyi artıran hərəkətlərini sakitliklə qarşılaya bilməz.

Artıq beşinci gündür ki, Yaponiya Çinin hərəkətlərinə etiraz edir.

Çinin məsələ ilə bağlı mövqeyini bildirən səfir qeyd edib ki, bu adalar Çinin ayrılmaz tərkib hissəsidir və buna görə də Çin gəmiləri həmin ərazidə hərəkət edə bilər.

Yaponiyanın xarici işlər naziri ilə görüşdən sonra jurnalistlərə açıqlama verən səfir qeyd edib ki, gələcəkdə vəziyyətin daha da gərginləşməməsi üçün hər iki tərəf müzakirələri sakit şəraitdə davam etdirməlidir.

Qeyd edək ki, Yaponiyanın nəzarəti altında olan Senkaku adalarına Çin və Tayvan da iddialıdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.