REGİONLAR


Yaqub Mahmudov: Məcid Rəsulov əsərləri xaricdə nəşr olunan ilk azərbaycanlı riyaziyyatçıdır VİDEO

A+ A

Şəki, 29 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan, o cümlədən də qədim elm və mədəniyyət mərkəzlərindən olan Şəki elə şəxsiyyətlər yetişdirib ki, onlar ölkəmizi bütün dünyaya tanıdıblar və biz onlarla həmişə fəxr etmişik. Yubileyini qeyd etdiyimiz akademik Məcid Rəsulov da fəxr etdiyimiz böyük alimlərdən biridir. O, repressiyalara baxmayaraq, əyilmədən, sınmadan Vətəninə xidmət edən şəxsiyyətdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri dünya şöhrətli riyaziyyatçı, akademik Məcid Rəsulovun 100 illiyi ilə əlaqədar Şəkidə keçirilən yubiley tədbirində iştirak edən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov jurnalistlərə müsahibəsində bildirib.

Məcid Rəsulovun dünya riyaziyyat elminə mühüm töhfələr verdiyini vurğulayan Yaqub Mahmudov deyib: “O, ilk Azərbaycan riyaziyyatçısıdır ki, əsərləri ABŞ, Kanada, Hollandiya və dünyanın digər ölkələrində nəşr edilib. Böyük kəşfləri olan Məcid Rəsulov dünya riyaziyyat elmini irəli aparıb. Bu, Azərbaycan üçün böyük qürurdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.