SİYASƏT


Yaqub Mahmudov: Prezidentlərin Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişafına yönəlmiş siyasəti təqdirəlayiqdir

Bakı, 24 iyul, Xatirə Cəfərova, AZƏRTAC

Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə yönəlmiş siyasətini alqışlayırıq. Bu münasibətlərin dərinləşdirilməsi Rusiyanın Şərq siyasətinə də müsbət təsir göstərə bilər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov səsləndirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşünün əhəmiyyəti barədə danışan akademik qeyd edib ki, Rusiya ilə bizim tarixi əlaqələrimiz var. Ulu öndər Heydər Əliyev Rusiyada mədəniyyətin, elmin, səhiyyənin inkişafında çox mühüm rol oynayıb. Bu, tarixin inkar edilməyən səhifələridir. Azərbaycan və rus xalqları arasında geniş əlaqələr mövcuddur. Rusiyada çox güclü diasporumuz fəaliyyət göstərir. Moskvada, Rusiyanın bütün şəhərlərində Azərbaycanın görkəmli alimləri, siyasi xadimləri, mütəxəssisləri, həkimləri müxtəlif sahələrdə çalışırlar.

Mövcud reallıqdan çıxış edən Yaqub Mahmudov vurğulayıb ki, Cənubi Qafqazda Azərbaycanın mənafelərini nəzərə almadan uğurlu siyasət yeritmək mümkün deyil. Ölkəmiz qədim mədəniyyəti, bugünkü güclü potensialı, ordusu, iqtisadi gücü ilə fərqlənir və regionun lider dövlətidir. Akademik ümidvar olduğunu bildirib ki, Soçi görüşünün nəticəsi olaraq, Rusiya Azərbaycanın haqq işini daha yaxından dəstəkləyəcək, Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında prinsipial mövqe nümayiş etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.