Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Yaqut Paşazadə: İndiki seriallara və filmlərə çəkilmək üçün şərtlər çox məhduddur

Bakı, 3 mart, Ceyhun Alışlı, AZƏRTAC

Məna və məzmun baxımından fərqli repertuarları ilə tamaşaçı ruhunun dərin qatlarına nüfuz edən Azərbaycan Dövlət “Yuğ” Teatrının səhnəsi hər zaman aktyorları ilə tamaşaçıları arasında məlum ünsiyyətə zəmin yaradıb. Kodlarla ötürmək istədiyi informasiyanı peşəkar heyətin səhnə hərəkətləri ilə təqdim edən “Yuğ”, tamaşaçıya həm ruhi, həm də mənəvi və psixi keyfiyyətlər aşılayır. Bu sənət ocağı peşəkar aktyor heyətinin fəaliyyəti ilə 28 il ərzində milli mədəniyyətimizin inkişafına özünəməxsus töhfələr bəxş edib. “Yuğ” ailəsinin üzvlərindən biri - tanınmış aktrisa Yaqut Paşazadənin də o töhfələrdə əməyi var. Hər zaman peşəkar sənət adamlarının yaradıcılığı ilə yaxından maraqlanan AZƏRTAC bu dəfə də ənənəsinə sadiqdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, Əməkdar Artist Yaqut Paşazadə ilə müsahibəni təqdim edirik:

-Yaqut xanım, sizin Dövlət “Yuğ” Teatrı ilə 25 illik yoldaşlığınız var. Hazırda bu sənət ocağının ali dərəcəli aktrisasısınız. Əvvəlcə sizi “Yuğ”a gətirən yollara nəzər salaq...

-Məni “Yuğ”a gətirən yolların başlanğıcı tələbəlik illərimə gedib çıxır. Mədəniyyət və İncəsənət Universitetinin “Dram Teatrı və Kino aktyoru” fakültəsində oxuduğum zaman kurs rəhbərimiz unudulmaz sənətkarlarımız - Həsən Turabov və Vaqif İbrahimoğlu idi. Hər iki sənət adamı ilə sıx ünsiyyət qurmuşduq. Daha çox Vaqif müəllimlə təmasda olurduq. O vaxt müxtəlif çətinliklərə baxmayaraq, müəllimimizin dəstəyini üzərimizdə hiss edirdik. Üçüncü kursda oxuyanda Vaqif müəllim tələbələrinin “Yuğ”da işləmələri məsələsini qaldırdı. Qısa zaman kəsiyində bizim “Yuğ” Teatrı ilə ünsiyyətimiz yarandı. Getdikcə bütün dərslərimizi Vaqif müəllimin rəhbərliyi ilə teatrda keçməli olduq. Bundan sonra teatr bizim evimizə çevrildi. Təbii ki, bu mühiti Vaqif İbrahimoğlu yaratmışdı. O vaxtdan bu günədək biz “Yuğ” yolunda addımlayırıq.

-Kifayət qədər peşəkar sənət fəaliyyətiniz var. Hər zaman yeni yaradıcılıq axtarışları ilə gündəmdə qalan aktrisalardansınız. Maraqlıdır, sənət sizi nə vaxt seçdi?

-Onu deyim ki, bu sənətdə olmağım mənim yaşam şərtimdir. İlk vaxtlarda insan bir az iddialı olur. Sənətdə birinci şəxsiyyət olmaq lazımdır. Vaqif İbrahimoğlu tələbələrinə hər zaman tövsiyə edirdi ki, birinci şəxsiyyət olmaq lazımdır, sonra sənətkar. Belə olduqda sənət sənətkarı rahatlıqla seçir. 21 il Vaqif müəllimlə bir yerdə işləmişik. Şəxsiyyət ilə sənəti vəhdət təşkil etmiş bir sənətkarı tanıdığım üçün çox xoşbəxtəm. Tələbələrimə də ondan öyrəndiklərimi təlqin edirəm. Düşünürəm ki, Vaqif İbrahimoğlunu tanıyanda artıq sənət məni seçmişdi. Əminliklə deyə bilərəm ki, mənim həyat yolum və sənətim bu şəxsiyyətlə bağlıdır.

-“Yuğ” Teatrında səhnəyə qoyulan bütün tamaşaların məzmun planı ruhi prosesdən keçir. Ruhunuz “Yuğ”un ruhu ilə üst-üstə düşürmü?

-Sözsüz ki, eynidir. Eyni olmasaydı, mən “Yuğ”da olmazdım. Biz hansısa əsərə müraciət edəndə onun bazisinə varmaqla yanaşı, həm də obrazın ruhi qatında baş verən prosesləri tamaşa vasitəsilə çatdırmağa çalışırıq. Təqdim etdiyimiz tamaşaların mətləbinin altında dərin məna var. Çünki bu sənət ocağının “psixasov poetikası” belə qurulub. Açığını deyim ki, başqa teatrda özümü görə bilmirəm. Mənə digər sənət ocaqlarından təkliflər gəlir. Amma qəbul etmirəm. Ona görə yox ki, bəyənmirəm, əsla, bu, belə deyil. Mənim üçün dərin keyfiyyətlər daha vacibdir. Bizim tamaşa hazırlamaq prosesimiz tamaşa oynamaq prosesindən qat-qat maraqlıdır. Burada əsərin nəzəriyyəsindən müəllifin psixobioqrafiyasınadək hər şey öyrənilir. Sanki insan kəşf edirsən, prosesdə var olursan və ən vacibi tamaşanı oynamaqdan zövq alırsan.

-Dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq teatr festivallarında ölkəmizi uğurla təmsil etmisiniz. Çıxışlarınızda sənət təəssübkeşliyini əsas götürmüşünüz, yoxsa vətəndaşlıq təəssübkeşliyi hər şeyi üstələyib?

-Səmimi deyim ki, ölkə daxilində özümü o qədər də patriot adam hesab etmirəm. Ancaq Azərbaycandan kənara çıxanda dəhşətli dərəcədə patriot vətəndaş oluram. 2007-ci ildə Norveçdə keçirilən beynəlxalq teatr festivalına dəvət almışdım. Səhnədə təqdim edəcəyim monotamaşanı ana dilimizdə səsləndirdim. Məndən başqa festivala qatılmış 28 ölkənin təmsilçiləri öz çıxışlarını ingilis dilində etdilər. Onlardan fərqli olaraq çıxışım effektli alındı və alqışlarla qarşılandı. Çünki o çıxışımda millilik var idi. Onda anladım ki, sənət üçün sərhəd yoxdur. Hər zaman beynəlxalq teatr festivallarında doğma dilimizdə ifaçılığa üstünlük verirəm.

-Teatr aktrisası kimi tanınmağınıza baxmayaraq, məhdud sayda filmlərə də çəkilmisiniz. Hətta sonuncu dəfə 2013-cü ildə ekranlaşdırılan “Çaqqal nəfəsi” serialında Fəridə obrazının ifaçısı kimi yadda qalmısınız. Ümumiyyətlə, filmlərdə az-az görünməyiniz nə ilə bağlıdır?

- İndiki seriallara və filmlərə çəkilmək üçün şərtlər çox məhduddur. Yəni aktyorun şərtləri çox çətinliklə qəbul edilir. Aktyora yaxşı qiymət veriləndə o çalışır ki, daha keyfiyyətli nələrsə ortaya qoysun. Seriyalarda çəkilmək üçün təkliflər gələndə əvvəlcə şərtlərlə tanış oluram. Əgər şərtlər mənim subordinasiyam xaricindədirsə bu, tərəfimdən qəbul olunmur. Qəbul olunmayan şərtlər müəyyən qədər də maliyyə məsələləri ilə bağlıdır. Bir az eqoist səslənməsin, aktyor özünün dəyərini, qiymətini biləndə daha qiymətli olur. Bir sözlə, bu məsələdə statusuma, baryerimə və istəyimə uyğun olmayan şərtləri qəbul etmirəm.

-Həyat yoldaşınız Tərlan Rəsulov çalışdığınız Dövlət “Yuğ” Teatrına rəhbərlik etməklə yanaşı, həm də rejissor kimi fəaliyyət göstərir. Onun quruluş verdiyi tamaşalarda rol almaq sizin üzərinizə nə kimi vəzifələr qoyur?

-Onu deyim ki, bizim üçün teatr və ev məfhumu yoxdur. Teatr bizim iş yerimizdir, işgüzar münasibətdəyik, evdə də ailə münasibətindəyik. Ümumilikdə “Yuğ” bizim üçün bir evdir. Bir yerdə olmağımız ailə və iş münasibətimizdə heç bir dəyişiklik yaratmır. Tərlan Rəsulovun hazırladığı “Boy” tamaşasında mən də rol almışam. Tamaşanın səhnə məşqləri gedəndə bəlkə də orada ən qəddar, ipə-sapa yatmayan aktrisa mən idim. Yəni ki, tələb edirdim, bu, niyə belədir və ya bu, belə olmalıdır. İkimiz bir yerdə işləyəndə bir-birimizə güzəştə getmirik. Çünki o, öz tələbkarlığında qalır, mən öz tələbkarlığımda.

-Dərs dediyiniz ailə təhsil ocağında tələbələrin sənətə marağı hansı səviyyədədir. Onlara necə köməklik göstərirsiniz?

-Əminliklə deyə bilərəm ki, hazırda çox istedadlı və tələbkar tələbələrimiz var. Hər zaman müəllim kimi onlara dəstək göstərməyi özümə borc bilirəm. Biz tələbələrə ilk növbədə teatr metodikasını öyrədirik. Universitetdə fərqli tədris yoxdur, ümumi tədris var. Hər kəs burada aktyor kimi böyüdülür. Sənətə gələn insanların hamısı dahi ola bilməz. Bu sənəti sevgi ilə qazanmaq lazımdır. Universitet tələbəyə “nəyi necə öyrənirlər” və “necə aktyor olmaq olar” - onu öyrədir. Sevindirici haldır ki, bu gün teatrlarda heç bir təmənna güdmədən çalışan tələbələrimiz var. Bu baxımdan gələcəkdə onların sənətdə müvəffəqiyyət qazanacağına, özlərini sənətkar kimi təsdiq edəcəklərinə ümidlərim böyükdür.

-Hazırda hansı işlər üzərində çalışırsınız?

-Hesab edirəm ki, sənət adamının hər zaman müəyyən planları olmalıdır. Hazırda iki yeni səhnə əsəri üzərində işləyirik. Çox güman ki, mövsümün sonunda həmin tamaşaların premyerasını ictimaiyyətə təqdim edəcəyik. Bundan başqa, pedaqoji planlarımız da var. Onların da tədricən həyata keçməsinə çalışıram.

-"Yuğ" ailəsinə qoşulmaq istəyənlərə tövsiyəniz?

- Düşünürəm ki, bizim ailəyə qoşulmaq istəyən sənət adamının individual mənəvi dəyərləri “Yuğ”un dəyərləri ilə üst-üstə düşməlidir. Çünki “Yuğ” hamıya açıq olduğu qədər sözügedən dəyərlərə ciddi riayət olunan bir məkan, sənət ocağıdır.

Tövsiyələrimiz isə artıq ailəyə qəbul olunduqdan sonra başlayır. Bir sözlə, istedadlı və ruhu sənətlə dolu olan insan çox asanlıqla bu ailəyə qoşula bilir.

-Maraqlı müsahibə üçün çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq