SİYASƏT


Yaradıcı və elmi ziyalıların forumu haqqında Əsasnamənin layihəsi MDB-nin qərargahında razılaşdırılacaq

A+ A

Minsk, 6 sentyabr, AZƏRTAC

MDB-nin Minskdəki qərargahının mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 8-9-da Belarus paytaxtında, MDB-nin İcraiyyə Komitəsində Birlik iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının forumu haqqında əsasnamə layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcək.

Bu, sözügedən sənədin hazırlanması üzrə ekspert qrupunun birinci iclası deyil. Cari ilin aprel ayında ekspertlər Əsasnamə layihəsinə Forumun təşkilinin maliyyə aspektləri ilə bağlı irad və təklifləri müzakirə edib, onun məqsəd və vəzifələrini, forumun təşkilat komitəsinin və katibliyinin statusunu və funksiyalarını konkretləşdiriblər.

Lakin sənədin layihəsinin dövlətdaxili razılaşdırılması prosesində bir sıra yeni irad və təkliflər yaranıb. Ekspert qrupunun qarşıdakı iclasında həmin irad və təkliflərin müzakirə edilməsi nəzərdə tutulur.

Gözlənildiyinə görə, Forum haqqında Əsasnamə layihəsi qəti razılaşdırılandan sonra müəyyən edilmiş qaydada MDB Hökumət Başçıları Şurasının müzakirəsinə təqdim ediləcək.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.