DÜNYA


Yaranın sağalmasını müstəqil müəyyənləşdirən “ağıllı” sarğılar 

Bakı, 19 aprel, AZƏRTAC 

Böyük Britaniyalı alimlər yaranın sağalmasını müstəqil müəyyənləşdirən edən və toplanmış məlumatları həkimə yönləndirən sarğı materiallarının hazırlanması ilə məşğul olurlar.

AZƏRTAC “mir24.tv” saytına istinadla xəbər verir ki, “ağıllı” sarğılar Suonsi Universitetinin nəzdindəki Biologiya Elmləri İnstitutunda yaradılır.

Mütəxəssislərin sözlərinə görə, nanotexnologiyalardan istifadə etməklə hazırlanan sarğılar müəyyən müddətdə yaranın sağalma vəziyyətini müəyyənləşdirəcəkdir. Bu məlumatların köməyi ilə xəstənin müalicəsinin gedişatını nəzarətdə saxlamaq və ona zəruri xidmətlərin göstərilməsini təyin etmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.