DÜNYA


Yararsız “Galaxy Note 7” smartfonuna görə yeni təzminat forması

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Cənubi Koreyanın “Samsung Electronics” kompaniyası ölkədə yararsız “Galaxy Note 7” smartfonunun sahiblərinə yeni təzminat forması təklif edib. Onlar smartfonlarını digər modellərlə, o cümlədən “Galaxy S7” ilə dəyişə və ya gələcəkdə “Galaxy S8” və “Note 8” ilə dəyişməyə imkan verən proqrama daxil ola bilərlər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə kompaniyanın press-relizində deyilir.

Bir qədər əvvəl “Samsung Electronics” kompaniyası akkumulyatorlarının alışması səbəbindən “Galaxy Note 7” smartfonlarının istehsalını və satışını dayandırmağa məcbur olub.

Xatırladaq ki, Cənubi Koreyada “Galaxy Note 7” modelləri avqustun 19-da satışa buraxılıb. Sentyabrın əvvəllərində isə enerji toplayan zaman onların alışması səbəbindən dünya bazarından 2,5 milyon smartfon geri çağırılıb. Eyni zamanda, Amerikada “AT&T” və “T-Mobile US” mobil rabitə şirkətləri təhlükəsizlik səbəbindən “Note 7” smartfonlarının satışını dayandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.